Bu ölkədə müxalifət liderinə bombalı hücum edildi

16:28 - 11 Aprel 2025

Bu ölkədə müxalifət liderinə bombalı hücum edildi

Avstraliyada müxalifət lideri Piter Dattonun ailəsinin yaşadığı evə qarşı partlayıcı və dron vasitəsilə hücum planlaşdırmaqda şübhəli bilinən 16 yaşlı bir yeniyetmə həbs olunub.


Manset.az xəbər verir ki, gəncin ötən ilin avqust ayında saxlanıldığı və terror aktı planlaşdırmaqda təqsirləndirildiyi bildirilir.

Əgər günahkar hesab edilərsə, ömürlük həbs cəzası ilə üzləşə bilər.

Datton, bu hadisənin 3 mayda keçiriləcək federal seçkilərdə Baş nazir Entoni Albanizeni əvəz etmə kampaniyasına təsir etməyəcəyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv