Bu halda İran və ABŞ razılığa gələ bilər

15:32 - 11 Aprel 2025

Bu halda İran və ABŞ razılığa gələ bilər

 Vaşinqtonun yeganə tələbi Tehranın nüvə silahı yaratmaqdan imtina etməsidirsə, ABŞ və İran Omandakı danışıqlarda asanlıqla razılığa gələ bilərlər.


Manset.az xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi Serbiya Radio Televiziyasına bildirib.

İranlı diplomatın sözlərinə görə, Omandakı danışıqların bütün iştirakçıları lazımi siyasi iradə nümayiş etdirsələr, yeni razılaşma əldə oluna bilər. “Ancaq kimlərsə danışıqlara aidiyyatı olmayan məsələləri daxil etməyə və prosesi çətinləşdirməyə cəhd etsə, biz buna nail ola bilməyəcəyik”, o vurğulayıb.

İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin birinci raundu aprelin 12-də Omanda keçiriləcək. İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi və Amerika prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff aparıcı danışıqlar aparacaqlar. İran rəsmilərinin sözlərinə görə, danışıqlar dolayı yolla aparılacaq, vasitəçi qismində Maskat çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv