Qəzza xəstəxanalarında dərman və tibbi ləvazimatlar tükənir

14:07 - 11 Aprel 2025

Qəzza xəstəxanalarında dərman və tibbi ləvazimatlar tükənir

Qəzza zolağındakı xəstəxanalar dərman və tibbi ləvazimat çatışmazlığı ilə üzləşib.


Manset.az xəbər verir ki, bu barədə Səhiyyə nazirliyi məlumat yayıb. 

Məlumata görə, Qəzzanın xəstəxanalarında zəruri dərman ehtiyatları tamamilə tükənib.

Zəruri tibbi ləvazimatların 59%-i, xərçəng və qan xəstəliklərinə qarşı dərmanların 54%-i tükənib. 80 000-dən çox şəkərli diabet xəstəsi və 110 000 xroniki hipertoniya xəstəsi dərmanları ala bilmir.

Qəzza zolağının Səhiyyə Nazirliyi böhranın səbəbinin İsrailin anklavdakı sərhəd-keçid məntəqələrini bağlamaq qərarı və xəstəxana və klinikalar üçün tibbi ləvazimatlar və dərmanlar da daxil olmaqla humanitar yardımların çatdırılmasına qadağa qoyması olduğunu bəyan edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv