İsrailin zərbələri nəticəsində 29 fələstinli həlak oldu  

11:20 - 11 Aprel 2025

İsrailin zərbələri nəticəsində 29 fələstinli həlak oldu  

 İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində ən azı 29 fələstinli həlak olub.


Manset.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, Qəzza şəhərinin şərqindəki Əl-Şücayyə məhəlləsində 35 nəfərin ölümünə səbəb olan yaşayış massivinə endirdiyi zərbədən sonra itkin düşdüyü bildirilən şəxslərin tapılması üçün xilasetmə əməliyyatları davam edir.

Martın 18-də İsrail hərbçiləri Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək, ağır zərbələr endirib və bununla da bu ilin yanvarından qüvvədə olan atəşkəs rejiminə son qoyub. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi qərarını Həmas-ın üçüncü tərəflər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun vasitəçiliyi ilə aparılan danışıqlarda irəli sürülən təklifləri qəbul etməkdən imtina etməsi ilə əlaqələndirib. İsrail hökuməti bəyan edib ki, yenilənmiş əməliyyatın məqsədi Qəzzada saxlanılan bütün girovların azad edilməsidir. Yaraqlı qrup, öz növbəsində, yenilənmiş hərbi əməliyyatlara görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv