Helikopter qəzasının səbəbi məlum oldu 

10:36 - 11 Aprel 2025

Helikopter qəzasının səbəbi məlum oldu 

Güney Afrikada yanvar ayında baş verən helikopter qəzasının səbəbi məlum olub.


Manset.az xəbər verir ki, Güney Afrika Mülki Aviasiya İdarəsi (SACAA), Şərqi Keyp əyalətində baş verən helikopter qəzası ilə bağlı hesabat dərc edib.

 Hesabata əsasən, qəza, uçuş qaydalarına zidd olaraq kabinə pinqivin alınması nəticəsində baş verib.

Ön oturacaqda oturan sərnişinin daşıdığı qutudan çıxmağa çalışan pinqivin, qalxış zamanı qutudan çıxıb və  pilotun qarşısındakı idarəetmə panelinə düşüb. Pilotun idarəetməni təmin edə bilməməsi nəticəsində helikopter qalxış nöqtəsindən 20 metr uzaqlığa düşərək qəzaya uğrayıb.  Qəzada, pinqivin də daxil olmaqla, ölən və ya yaralanan olmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv