Yunanıstanda fəhlələr və dövlət qulluqçuları hökumətdən artan yaşayış bahalığına qarşı tədbir görməyi tələb edərək, ölkə daxilində 24 saatlıq tətilə başlayıblar.
Manset.az xəbər verir ki, tətil səbəbindən nəqliyyatda ciddi aksamalar yaşansa da, Afinada minlərlə insan parlamentin qarşısına yürüş edib. Fəallar maaşların artırılmasını və sosial müavinətlərin bərpasını tələb ediblər.