Dominikan gecə klubunda ölənlərin sayı artdı

15:30 - 09 Aprel 2025

Dominikan gecə klubunda ölənlərin sayı artdı

Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 113-ə çatıb.


Manset.az xəbər verir ki, paytaxt Santo Dominqoda "Jet Set" adlı əyləncə məkanının damı dünən içərisində ən azı 300 müştərinin olduğu yerdə çöküb.

Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru Xuan Manuel Mendezin açıqlamasına görə, dağıntılar altında qalan 113 nəfər çökmə nəticəsində həlak olub.

Dağıntılar arasında axtarış əməliyyatı davam edərkən, təxminən 160 yaralı xəstəxanalara aparılıb.

Tədbirin keçirildiyi yerin yaxınlığında müvəqqəti morq və qanvermə mərkəzi yaradılıb.

Ölənlər arasında Amerika Beysbol Liqasının (MLB) keçmiş oyunçusu Oktavio Dotelin də olduğu bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv