Çin ABŞ-ni dialoqa çağırır

13:45 - 09 Aprel 2025

Çin ABŞ-ni dialoqa çağırır

Çin ABŞ-ni qarşılıqlı maraqlara hörmət etməyə, ticarət və iqtisadi fikir ayrılıqlarını dialoq, məsləhətləşmələr yolu ilə həll etməyə çağırır.


Manset.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Mətbuat İdarəsinin Vaşinqtonla ikitərəfli ticarət-iqtisadi əlaqələrlə bağlı məsələlərə dair dərc etdiyi sənəddə deyilir.

“Problemin həllinin açarı bir-birinin əsas maraqlarına və narahatlıqlarına hörmət etmək, dialoq və məsləhətləşmələr yolu ilə düzgün həll yolu tapmaqdır”.

Eyni zamanda, sənəddə ümid ifadə olunur ki, Pekin və Vaşinqton bir-birinə doğru irəliləyəcək, qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qazan-qazan əməkdaşlıq prinsiplərinə əməl edəcək”.

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da fəaliyyətə başlayıb.Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv