ABŞ Yəmənin Hudeydə şəhərində yaşayış məntəqəsinə hücum edib.
Manset.az xəbər verir ki, hücum nəticəsində ən azı 6 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilib.
Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hücumlarını davam etdirən ABŞ hərbçiləri bu dəfə ölkənin Hudeyda şəhərinin əl-Hevək rayonunda Emin Mükbil adlı yaşayış məntəqəsini hədəfə alıb. Husilərə bağlı Səhiyyə Nazirliyindən verilən açıqlamada, hücumlarda 3-ü qadın və 2-si uşaq olmaqla ən azı 6 nəfərin həyatını itirdiyi, 16 nəfərin yaralandığı bildirilib.
Hücumların hədəfi olan bölgədəki dağıntılarda axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilərkən, ölənlərin sayının arta biləcəyi qeyd olunub.