Dominikan Respublikasında yerləşən “Jet Set” gecə klubunun uçması nəticəsində həyatını itirənlərin sayı 44-ə yüksəlib.
Manset.az xəbər verir ki, bu barədə "Listin Diario" nəşri məlumat yayıb.
Hadisə nəticəsində 146 nəfər xəstəxanalara yerləşdirilib.
Qeyd olunur ki, dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.