2025-ci ildə Belçika Ukraynaya 1 milyard avroluq silah paketi köçürəcək, daha sonra isə Kiyevə hər il müdafiə ehtiyacları üçün 1 milyard avro ayıracaq.
Manset.az xəbər verir ki, bunu Kiyevdə olan Belçikanın baş naziri Bart De Vever deyib.
"Biz hökumətdə yeni qərar qəbul etdik. 2025-ci ildə Ukraynaya 1 milyard avroluq paket elan göndəririk. Hər il müdafiə ehtiyacları üçün 1 milyard avro ayıracağıq".
O əlavə edib ki, Belçika istehsalçıları artıq Ukrayna ilə birgə silah istehsalı üçün dörd müqavilə imzalayıblar.