Kömür mədənində 7 işçi öldü - SƏBƏB

15:56 - 08 Aprel 2025

Kömür mədənində 7 işçi öldü - SƏBƏB

İranın Semnan əyalətinin Damqan rayonunda kömür mədənində qaz sızması nəticəsində 7 şaxtaçı həyatını itirib.


Manset.az xəbər verir ki,  ölkənin Daş Kömür Birliyinin katibi Səid Səmədi məsələ ilə bağlı açıqlama verib.


Simnan vilayətinin Damqan rayonunda kömür mədənində 7 nəfərin öldüyünü bildirən Samedi, sözügedən mədənin Taş Kömür Birliyinə üzv olan mədənlər arasında deyil, kiçik miqyaslı olduğunu qeyd edib.


Mədəndə az sayda işçinin çalışdığını bildirən Səmədi, "Görünür, bu qəzanın səbəbi metan qazı deyil, olsaydı, mədəndə partlayışa səbəb olardı. Bu səbəbdən də dəm qazı mədənçilərin ölməsinə səbəb oldu" - deyə bildirib.


Səmədi mədənin Novruz bayramı ilə əlaqədar bağlandığını və işçilərin işləmək üçün tunelə girərkən təhlükəsizlik qaydalarına əməl etmədiklərini və bu səbəbdən həyatlarını itirdiklərini qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv