Amerika startapları və ukraynalı dron istehsalçıları ABŞ ordusu üçün daha effektiv pilotsuz təyyarələr hazırlamaq üçün birləşirlər.
Manset.az xəbər verir ki, bu barədə "The Wall Strett Journal" məlumat yayıb .
Nəşrin məlumatına görə, Pentaqon Ukrayna texnologiyalarına artan maraq göstərir. Qeyd olunur ki, Amerika startapları milyardlarla dollar xərcləyərək effektiv və ucuz İHA modellərinin yaradılmasında çətinliklərlə üzləşiblər. Bu arada, Ukrayna istehsalçıları 2023-cü ildə 2 milyondan çox avadanlıq istehsal ediblər.
Qəzet vurğulayır ki, ABŞ və Ukrayna arasında pilotsuz təyyarələrin inkişafı sahəsində əməkdaşlığın Ukraynada mümkün sülh nizamlanmasına dair danışıqlara baxmayaraq, çox güman ki, davam edəcək.