Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pekinə bir günlük səfərə gedib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildirilib ki, o, Çin prezidenti Si Cinpin və Çinin Xarici İşlər naziri Vanq İ ilə görüşəcək.
Tərəflər təhlükəsizlik sahəsindəki məsələləri, həmçinin beynəlxalq və regional problemləri müzakirə etmək niyyətindədirlər.
Təhlükəsizlik Şurası iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bəyan edib .
Bu, Şoyqunun son dörd ayda Çinə ikinci səfəridir. O, sonuncu dəfə Çinə 2024-cü ilin noyabrında işgüzar səfər edib.