Vaşinqton təhdid və təzyiq dilində danışmağa davam etdikcə, İran ABŞ ilə danışıqları bərpa etmək üçün heç bir fürsət görmür.
Manset.az-ın əldə etdiyi məlumata görə, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
O, rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib: "İranın mövqeyi tamamilə aydındır. Biz təhdid və təzyiq altında danışıqlar aparmayacağıq. Hazırda bizimlə ABŞ arasında nüvə proqramı ilə bağlı birbaşa dialoq imkanı yoxdur".