Kolumbiyada hərbi maşının uçurumdan aşması nəticəsində 9 əsgər həlak olub.
Manset.az-ın əldə etdiyi məlumata görə, Kolumbiyanın Barbacoas şəhərinin La Kolumpia bölgəsində hərbi maşın 100 metrlik qayadan aşıb.
Hadisə nətisənində 9 əsgər həyatını itirib, 20 əsgər isə yaralanıb.
Bildirlib ki, qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanılılıb.
Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabından qəzada həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.