Cənubi Koreyada "Jeju Air" təyyarəsinin eniş zamanı idarəetmədən çıxması və 179 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının baş verdiyi Muan Beynəlxalq Hava Limanında uçuşlar 56 gündən sonra bərpa edilib.
Manset.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Məlumata görə, aviasiya rəhbərliyi dünəndən etibarən Muan Beynəlxalq Hava Limanında uçuşların bərpasına icazə verib.