Çinin Şençjen şəhərində polis robotları işə başlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, son illərdə süni intellekt və robototexnika sahəsindəki işləri ilə gündəmə gələn Çində insanabənzər robotlar gündəlik həyatda öz yerini tutmağa başlayıb.
Süni intellekt tərəfindən dəstəklənən insanabənzər robot Şençjen bölgəsində polislə işləyir.
Sosial şəbəkələrdə yayımlanan görüntülərdə robotun polis forması geyindiyi və salamlaşdığı görünür.