"Qəzza zolağında atəşkəs İsraildən asılıdır" - HƏMAS

18:25 - 11 Fevral 2025

\"Qəzza zolağında atəşkəs İsraildən asılıdır\" - HƏMAS

Qəzza zolağında atəşkəs və israilli girovların fələstinli məhbuslarla mübadiləsi haqqında razılaşmanın icrasının davam etdirilməsi tamamilə İsrailin hərəkətlərindən asılıdır.

 

Manset.az xəbər verir ki, bu barədə HƏMAS-ın Qətərdəki siyasi bürosunun yüksək vəzifəli üzvü Hüsam Bədran TASS-ın müxbirinə telefonla bildirib.

"Sazişin bütün müddəaları və təfərrüatları aydındır. Problem İsrail hakimiyyətinin sazişin həyata keçirilməsi zamanı yol verdiyi pozuntu və sui-istifadə halları ilə bağlıdır", - o qeyd edib.

H.Bədran, həmçinin deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu sazişin şərtlərini yerinə yetirməkdən yayınmağa və manipulyasiya etməyə çalışır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv