Rumıniya Prezidenti Klaus İohannis fevralın 12-də istefa verəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, müxalifət partiyaları bu gün, fevralın 10-da parlamentə dövlət başçısının impiçmenti ilə bağlı səsvermə təklif etməyi planlaşdırıb.
Bildirilib ki, onun səlahiyyət müddəti dekabrın 21-də başa çatıb.
Qeyd edək ki, ölkədə prezident seçkiləri mayın 4-nə təyin edilib.