Bıçaqla silahlanmış şəxs Belçikanın Baş naziri vəzifəsini icra edən Aleksandr de Kroonun Brüsseldəki ofisinə girməyə cəhd edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Belçika hökuməti başçısının rəsmi nümayəndəsi Barend Leits bildirib.
“Bıçaqla silahlanmış şəxs binaya daxil olmağa çalışsa da, saxlanılıb”, - deyə o bildirib.
Hücuma cəhd Baş nazirin kabinetində gələcək Belçika hökumətinin formalaşdırılması ilə bağlı davam edən məsləhətləşmələr zamanı baş verib.