Kazan hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edildi

10:05 - 31 Dekabr 2024

Kazan hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edildi

Kazan hava limanında mülki təyyarələrin uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako öz teleqram kanalında məlumat yayıb.

"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan hava limanının işinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq aviareysləri qəbul etmir və yola salmır", - məlumatda qeyd olunub.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv