ABŞ səhvən təyyarəsini VURDU

10:46 - 22 Dekabr 2024

ABŞ səhvən təyyarəsini VURDU

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 qırıcısı Qırmızı dəniz üzərində səhvən vurulub.

 

Manset.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

İnsident zamanı iki yerlik F/A-18 qırıcısı Amerika donanmasına aid USS Gettysburg raket kreyserinin hava hücumundan müdafiə sistemi tərəfindən hədəf alınıb.

"Raket kreyseri F/A-18 qırıcısına səhvən atəş açıb və onu vurub", – deyə ABŞ Mərkəzi Komandanlığının bəyanatında bildirilib.

Pilotlar insidentdən sonra dərhal suya atılıb və xilas ediliblər. Xilasedilən pilotlardan biri yüngül xəsarət alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv