Mayottanın sakinləri Makronu istefaya çağırdı - VİDEO

12:48 - 20 Dekabr 2024

Mayottanın sakinləri Makronu istefaya çağırdı - VİDEO

Siklondan zərər çəkmiş Mayotta adasının sakinləri Hind okeanı regionuna səfərə gələn Fransa Prezidenti Emmanuel Makronu səmimi qarşılamayıblar.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Makron dəymiş ziyanın həcmini qiymətləndirmək və yerli sakinlərə öz dəstəyini göstərmək üçün Hind okeanındakı arxipelaqa səfər edib.

Xatırladaq ki, “Çido” qasırğası dekabrın 14-də Hind okeanındakı Mayotta adasını vurub. Küləyin sürəti 220 km/saatı keçib. Məlumata görə, Şido son 90 ildə adada ən güclü qasırğa olub. Hazırda 31 ölü və 1400-dən çox yaralı ilə bağlı təsdiqlənmiş məlumat var.

Qeyd olunur ki, bir çox insan prezidentə “boş danışma!” deyə qışqırıb, Makron isə özünü saxlaya bilməyib.

“Mən siklon deyiləm! Mən cavabdeh deyiləm!”, - Prezident deyib.

O, həmçinin adalılara deyib ki, “Fransa olmasaydı, 10.000 dəfə daha çox problem yaşayardınız”.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv