Ərdoğan NATO-nun rəhbəri ilə görüşdü

16:37 - 10 Dekabr 2024

Ərdoğan NATO-nun rəhbəri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.

 

Manset.az bu barədə türk mediasına istinadən xəbər verir.

Görüşdə Suriyadakı son hadisələr müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin Suriyanın yenidən qurulması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.

Prezident Ərdoğan bildirib ki, Türkiyə Suriyada vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyü və sabitliyinin qorunmasını müdafiə edir.
Ərdoğan Suriyanın yerli xalq tərəfindən idarə edilməli olduğunu və Türkiyənin terrorsuz və bütöv bir Suriyanın qurulması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv