Cənubi Koreya Koreya müharibəsində Şimali tərəfdə döyüşərkən həlak olan 43 Çin əsgərinin sümüklərini Pekinə qaytarıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, əsgərlərin sümükləri Çinin şimal-şərqindəki Liaonin əyalətinin inzibati mərkəzi olan Sinyan şəhərindəki hərbi qəbiristanlıqda basdırılacaq.
Məlumata görə, 2014-cü ildən bəri Koreya müharibəsində həyatını itirən 981 çinli əsgərin sümükləri Çinə qaytarılıb.
Çin 1950-1953 -cü illər arasında Koreya Müharibəsində Cənubi Koreyaya dəstək verən ABŞ-nin rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) qüvvələrinə qarşı Şimali Koreyanı dəstəkləmişdi .