Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi tərəfindən hazırlanan "Epsilon S" raketinin mühərrik sınağı növbəti dəfə qorxulu anlara səbəb olub.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yerli vaxtla saat 09:30-da Kaqoşima əyalətindəki Taneqaşima Kosmos Mərkəzində ikinci mərhələ mühərrikinin yer sınağının 49-cu saniyəsində naməlum səbəbdən yanğın baş verib. Yanğından dərhal sonra partlayış baş versə də, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.