İstanbulda Avropa səmti ilə Anadolu yarımadasını birləşdirən Avrasiya tunelindən keçid müvəqqəti olaraq dayandırılıb.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb tuneldən keçən avtomobillərdən birində yanğının baş verməsidir.
Əraziyə yanğınsöndürənlər və xeyli sayda polis qüvvələri cəlb edilib.
Əlavə məlumat verilmir.