Tbilisidə polis aksiyaçılara müdaxilə etdi - VİDEO

09:55 - 19 Noyabr 2024

Tbilisidə polis aksiyaçılara müdaxilə etdi - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusitəyinatlı polis bölmələri Tbilisinin Çavçavadze prospektinini bloklayan etirazçılara müdaxilə edib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, səhərə yaxın əraziyə su şırnağı maşınları və çox sayda polis gətirilib.

Polis Tbilisi Dövlət Universitetinin qarşısına toplanan etirazçılara dağılışmaları üçün 15 dəqiqə vaxt verib, lakin etirazçılar ərazini tərk etməyiblər.

Bundan sonra polis hərəkətə keçib, ərazidə quraşdırılmış barikadalar və çadırlar sökülüb.

Asayış keşikçiləri etirazın keçirildiyi ərazini tam nəzarətə götürüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv