Sentyabrda bu sahələrdə qapanmalar ola bilər - AÇIQLAMA

11:35 - 30 İyun 2022

Sentyabrda bu sahələrdə qapanmalar ola bilər - AÇIQLAMA

"Əslində sentyabrda qapanmaların olacağı barədə iddialar bir ehtimaldır. Çünki payız aylarında adətən soyuqdəymə xəstəlikləri artır".

 

Manset.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Professorun sözlərinə görə, reallıq budur ki, hazırda mutasiyanın yaratdığı bu dalğa artarsa, sentyabrda müəyyən qapanmalara gedilə bilər:

"Bu ilk növbədə kütləvi tədbirlərə aid olacaq. Bu qapanmanın mahiyyəti təmasları azaltmaq olacaq. Hesab edirəm ki, toylar, yaslar və kütləvi tədbirlərlə bağlı qapanma tədbirləri görülə bilər".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv