İnanın ki, rəsmi xəbərdir. İyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscid yandırılıb. Məscidləri kənd sakinləri olan Fuad və Şahbaz Nəbiyev qardaşlarının yandırıb.
Manset.az xəbər verir ki, İlk istintaqda müəyyən edilib ki, bu qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş.
Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər. Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmiş.
Buna görə də qardaşlar əhalinin digər məscidə çox getməsi səbəbindən hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlərin kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək".
Bu sözləri özünün facebook səhifəsində Milli Məclisin deputatı Fazil Mustafa yazıb. Deputat daha sonra qeyd edib ki, burda qəribə heç nə baş verməyib:
"Bizdə el arasında məscidə "Allahın evi" adını versələr də, Allahla ən az əlaqəsi olan yer də bir çox hallarda məscidlərdir. Allahın evi cəhalət yuvası ola bilməz, dedi-qodu yeri ola bilməz, Allahın adı ilə din lotuları üçün nəzir, sədəqə yığılmaz, mollaların savadsız, cahil insanları din adına aldatdığı yer ola bilməz, ayrı-ayrı məzhəblərdən olan müsəlmanların əzan üstündə, namaz üstündə münaqişə yaşadığı yer ola bilməz. Dünən yolüstü namaz üçün Bibiheybət məscidinə girdim, orada ona yaxın qadının ortadakı qəbirin reşotkasına başını sürtüb ağlaşdığını gördüm. Danabaş kəndi indi daha da böyüyüb Danabaş şəhərinə çevrilib. Həm də 21-ci yüzildə kütləvi şəkildə yanlış dinin danabaşlaşdırdığı insan kütləsi çoxalıb. Əslində ölkəmizdə məscidlərin hamısı yandırılıb, tüstüsünü görmürsünüz. Allahın adından başqa Allaha aid çox az şeylər taparsınız burada. İndi məscidə nəzarət edən iki qardaş həm də cəmiyyət içində, kənd içində dindar sayılırlar. Həm də insanların illərdir din adına verdikləri nəzirlərlə, sədəqələrlə imkan sahibinə çevrilmiş dindarlardır. Dindarı məscidi yandırmağa adi iş kimi baxırsa, dini ibadətin də bir vərdişdən, bir statusdan, bir saxtakarlıqdan qaynaqlandığını rahatca söyləmək olar. Burada eyni zamanda məscidin yanmağının fəzilətindən də danışmaq mümkündür. Həm də o halda danışmaq mümkündür ki, yanmış məsciddə bitlər təmizlənsin, fitnələr təmizlənsin, ibadətlər səmimiləşsin. Əməlindən bixəbər olduğunuz ölülərin qəbrinə, qəbrinin reşotkasına başınızı sürtmək yerinə gedib Fəxri Xiyabanda Mirzə Cəlilin məzarının sinə daşına başınıız söykəyib bir neçə dəqiqəliyə qulaq verin. Elə faydalı sözlər eşidəcəksiniz ki, içiniz alışıb yanacaqdır.
Nə deyim, istintaq orqanlarına tövsiyyəm odur ki, o qardaşlarla işləri olmasın. Məscidlərin ikisi də özləri yanıb. Azərbaycan adlanan məmləkətdə bu qədər insanın içində, beynində yaşatdığı cahilliyə, nadanlığa, xurafata məscid dözər?"/Yenisabah.az
“Allahla ən az əlaqəsi olan yer məscidlərdir“ - Deputat
01:21 - 08 İyul 2021

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Küləkli hava şəraiti davam edir - Şimşək çaxır

Əhalinin NƏZƏRİNƏ - Bəzi məhsullar UCUZLAŞDI

Bu gün imtahan var

Bu vitaminlər xərçəng riskini artıra bilər

Qəhvə xroniki stressi azaldır

Siqaret ağızda bakteriyaların sayını artırır

Bu şəxslər ağrıya daha çox davamlıdır

Rayon xəstəxanaları zərdabla təmin olunub? - Rəsmi

Taksi sürücüsü itkin düşən qızları gizlədibmiş - YENİLƏNİB

Uzunömürlü olmaq istəyənlərin nəzərinə - Az yeyin

200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI

Qadınların yuxuya daha çox ehtiyacı var - Tədqiqat
Xəbər xətti
- 27 Aprel 2025
- 11:16 Küləkli hava şəraiti davam edir - Şimşək çaxır
- 11:12 IV Beynəlxalq Baxşı Festivalının açılışından FOTOLAR
- 11:03 Prezidentdən CAR-ın dövlət başçısına TƏBRİK
- 10:53 İlham Əliyev Syerra-Leone Prezidentini təbrik etdi
- 10:42 Pakistanlı nazirdən Hindistana XƏBƏRDARLIQ
- 10:24 Əhalinin NƏZƏRİNƏ - Bəzi məhsullar UCUZLAŞDI
- 10:05 Sumqayıtda mənzildə meyit tapıldı
- 09:48 Azərbaycan XİN-dən İrana başsağlığı
- 09:44 "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər - Premyer Liqa
- 09:20 İranda güclü partlayış - 18 ölü, 800-dən artıq yaralı
- 09:00 Bu gün imtahan var
- 08:00 Bu vitaminlər xərçəng riskini artıra bilər
- 07:30 Qəhvə xroniki stressi azaldır
- 02:55 “Barselona” kubokun sahibi oldu
- 01:35 İkimərtəbəli ev yandı
- 01:28 Tələbələri maşın vurdu
- 01:00 Siqaret ağızda bakteriyaların sayını artırır
- 00:30 Bu şəxslər ağrıya daha çox davamlıdır
- 26 Aprel 2025
- 23:59 Çin Filippin yaxınlığında ada ələ keçirdi
- 23:55 Tramp söz verdi - Geri çəkilməyəcək
- 23:52 “Bavariya” çempionluğa bir addım da yaxınlaşdı
- 23:49 Rayon xəstəxanaları zərdabla təmin olunub? - Rəsmi
- 23:42 "El-Klassiko" üçün heyətlər bəlli oldu
- 23:38 Niderland “Tomahawk” raketi alacaq
- 23:33 Yaşar Gülər Azərbaycandan danışdı
- 23:26 84 yaşlı Xalq artisti vəfat etdi - FOTO
- 23:10 Zelenskiyə Krımla bağlı məsləhətlər verildi
- 22:59 64 yaşlı kişinin meyiti tapıldı
- 22:51 Zəlzələdə 437 bina zədələndi
- 22:36 Tramp-Zelenski görüşü niyə qısa çəkdi?
- 22:24 Taksi sürücüsü itkin düşən qızları gizlədibmiş - YENİLƏNİB
- 22:15 “Fənərbaxça”dan səfər qələbəsi
- 21:59 Bu ölkədə fövqəladə rejim elan edildi
- 21:43 Türkiyədə sunami təhlükəsi elan edildi
- 21:29 Qəzzada epidemiya təhlükəsi - XƏBƏRDARLIQ
- 21:16 Papanın dəfninə qatılanların SAYI
- 21:05 "Kəpəz" məğlub oldu
- 21:00 Uzunömürlü olmaq istəyənlərin nəzərinə - Az yeyin
- 20:48 Kallas Xaçaturyanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi
- 20:39 200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
- 20:27 Qadınların yuxuya daha çox ehtiyacı var - Tədqiqat
- 20:14 Ölkəmiz IV Beynəlxalq Baxşı Sənəti Festivalı və II Türk Dünyası Mədəniyyət Forumunda - FOTOLAR
- 20:02 Polkovnik xəstəxanaya baş həkim təyin edildi
- 19:49 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - CƏRİMƏ XƏBƏRDARLIĞI
- 19:39 Yasamalda minifutbol yarışına start verildi
- 19:29 "Ukrayna atəşkəsə hazırdır" - Makron
- 19:17 Yeni doğulduğu qızını 2 minə satdı
- 19:05 Avarçəkənlərimiz qızıl və gümüş medal qazandı
- 19:04 Mediamızın keçmişinə dəyər, bu gününə dəstək və gələcəyinə işıqsalan sərəncam - NAHİD CANBAXIŞLI YAZIR
- 18:55 Sahibə Qafarova Papanın dəfn mərasimində - FOTOLAR
- 18:45 "İsraillə atəşkəsə hazırıq" - HƏMAS

