İnanın ki, rəsmi xəbərdir. İyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscid yandırılıb. Məscidləri kənd sakinləri olan Fuad və Şahbaz Nəbiyev qardaşlarının yandırıb.
Manset.az xəbər verir ki, İlk istintaqda müəyyən edilib ki, bu qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş.
Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər. Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmiş.
Buna görə də qardaşlar əhalinin digər məscidə çox getməsi səbəbindən hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlərin kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək".
Bu sözləri özünün facebook səhifəsində Milli Məclisin deputatı Fazil Mustafa yazıb. Deputat daha sonra qeyd edib ki, burda qəribə heç nə baş verməyib:
"Bizdə el arasında məscidə "Allahın evi" adını versələr də, Allahla ən az əlaqəsi olan yer də bir çox hallarda məscidlərdir. Allahın evi cəhalət yuvası ola bilməz, dedi-qodu yeri ola bilməz, Allahın adı ilə din lotuları üçün nəzir, sədəqə yığılmaz, mollaların savadsız, cahil insanları din adına aldatdığı yer ola bilməz, ayrı-ayrı məzhəblərdən olan müsəlmanların əzan üstündə, namaz üstündə münaqişə yaşadığı yer ola bilməz. Dünən yolüstü namaz üçün Bibiheybət məscidinə girdim, orada ona yaxın qadının ortadakı qəbirin reşotkasına başını sürtüb ağlaşdığını gördüm. Danabaş kəndi indi daha da böyüyüb Danabaş şəhərinə çevrilib. Həm də 21-ci yüzildə kütləvi şəkildə yanlış dinin danabaşlaşdırdığı insan kütləsi çoxalıb. Əslində ölkəmizdə məscidlərin hamısı yandırılıb, tüstüsünü görmürsünüz. Allahın adından başqa Allaha aid çox az şeylər taparsınız burada. İndi məscidə nəzarət edən iki qardaş həm də cəmiyyət içində, kənd içində dindar sayılırlar. Həm də insanların illərdir din adına verdikləri nəzirlərlə, sədəqələrlə imkan sahibinə çevrilmiş dindarlardır. Dindarı məscidi yandırmağa adi iş kimi baxırsa, dini ibadətin də bir vərdişdən, bir statusdan, bir saxtakarlıqdan qaynaqlandığını rahatca söyləmək olar. Burada eyni zamanda məscidin yanmağının fəzilətindən də danışmaq mümkündür. Həm də o halda danışmaq mümkündür ki, yanmış məsciddə bitlər təmizlənsin, fitnələr təmizlənsin, ibadətlər səmimiləşsin. Əməlindən bixəbər olduğunuz ölülərin qəbrinə, qəbrinin reşotkasına başınızı sürtmək yerinə gedib Fəxri Xiyabanda Mirzə Cəlilin məzarının sinə daşına başınıız söykəyib bir neçə dəqiqəliyə qulaq verin. Elə faydalı sözlər eşidəcəksiniz ki, içiniz alışıb yanacaqdır.
Nə deyim, istintaq orqanlarına tövsiyyəm odur ki, o qardaşlarla işləri olmasın. Məscidlərin ikisi də özləri yanıb. Azərbaycan adlanan məmləkətdə bu qədər insanın içində, beynində yaşatdığı cahilliyə, nadanlığa, xurafata məscid dözər?"/Yenisabah.az
“Allahla ən az əlaqəsi olan yer məscidlərdir“ - Deputat
01:21 - 08 İyul 2021

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Ağstafada canavar hücumu - 40 heyvan tələf oldu

1 nəfər imtahandan xaric edildi

Apteklərdə aktivləşdirilmiş kömür limitlə satılır? - VİDEO

Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bu ərazilərə qar yağacaq - Sabahın havası

Bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLDİ

Bu küçələrin kəsişməsində hərəkət məhdudlaşdırıldı

"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu

Küləkli hava şəraiti davam edir - Şimşək çaxır

Əhalinin NƏZƏRİNƏ - Bəzi məhsullar UCUZLAŞDI

Bu gün imtahan var
Xəbər xətti
- 27 Aprel 2025
- 19:36 Xəzər dənizində zəlzələ oldu
- 19:33 Lökbatan yolunda QƏZA - Ölən var
- 19:14 İstanbulda zəlzələ ilə bağlı PROQNOZ
- 18:43 23 yaşlı oğlan BIÇAQLANDI
- 18:38 Yasamal rayonunda obyekt YANDI
- 18:03 Böyük Şor bulvarında xəsarət alanlar yerində tapılmayıb - TƏBİB
- 17:59 Çinlə ABŞ arasında mübarizə başlayıb - Panama kanalı
- 17:39 Ərdoğan müəlliminin dəfnində - FOTOLAR
- 17:32 Məsud Pezeşkian AzTV-yə müsahibə verdi
- 17:29 Külək Böyük Şor bulvarında attraksionu aşırdı - VİDEO
- 17:08 Tarkan səhnədə duyğularına hakim ola bilmədi...
- 17:04 İlham Əliyev Pezeşkiana başsağlığı verdi
- 16:59 İran limanındakı yanğın davam edir - Putin 3 təyyarə göndərir
- 16:46 Ağstafada canavar hücumu - 40 heyvan tələf oldu
- 16:16 Samuxda QƏZA - Xəsarət alanlar var
- 15:57 1 nəfər imtahandan xaric edildi
- 15:31 Tailand vizasız qalma müddətini yarıya endirəcək
- 15:11 Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurdu
- 14:53 Apteklərdə aktivləşdirilmiş kömür limitlə satılır? - VİDEO
- 14:29 Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
- 14:17 7 sərhəd pozucudan biri zərərsizləşdirildi - Üçü saxlanıldı
- 14:11 Maşın səkiyə çırpıldı - Ölən var
- 13:59 Titanikdə yazılan məktub bu qiymətə satıldı
- 13:42 Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- 13:32 Azərbaycan XİN Cənubi Afrikanı təbrik etdi
- 13:12 Nüvə enerjisi sahəsində yeni dünya lideri ÇİN
- 12:54 Hindistan-Pakistan sərhədində yenidən ATIŞMA
- 12:31 Bu ərazilərə qar yağacaq - Sabahın havası
- 12:26 Bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLDİ
- 12:22 Babək və Şahbuzda hərbi sursat TAPILDI
- 12:10 Bu küçələrin kəsişməsində hərəkət məhdudlaşdırıldı
- 11:59 İranda 3 günlük MATƏM
- 11:51 “Liverpul” bu gün 20-ci çempionluğunu qazana bilər
- 11:44 İranda partlayışda ölənlərin sayı artdı
- 11:38 Leyla Əliyeva Nepal Prezidenti ilə görüşdü
- 11:24 "Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu
- 11:16 Küləkli hava şəraiti davam edir - Şimşək çaxır
- 11:12 IV Beynəlxalq Baxşı Festivalının açılışından - FOTOLAR
- 11:03 Prezidentdən CAR-ın dövlət başçısına TƏBRİK
- 10:53 İlham Əliyev Syerra-Leone Prezidentini təbrik etdi
- 10:42 Pakistanlı nazirdən Hindistana XƏBƏRDARLIQ
- 10:24 Əhalinin NƏZƏRİNƏ - Bəzi məhsullar UCUZLAŞDI
- 10:05 Sumqayıtda mənzildə meyit tapıldı
- 09:48 Azərbaycan XİN-dən İrana başsağlığı
- 09:44 "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər - Premyer Liqa
- 09:20 İranda güclü partlayış - 18 ölü, 800-dən artıq yaralı
- 09:00 Bu gün imtahan var
- 08:00 Bu vitaminlər xərçəng riskini artıra bilər
- 07:30 Qəhvə xroniki stressi azaldır
- 02:55 “Barselona” kubokun sahibi oldu
- 01:35 İkimərtəbəli ev yandı

