İyunun 10-da Bakının Nəsimi, Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq.
Manset.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrinin, Suraxanı rayonunun "MİDA" yaşayış kompleksinin, Nəsimi rayonunun Azadlıq prospektinin, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
***
17:38
Sabah Goranboy və Masallı rayonlarının bəzi kəndlərində qaz olmayacaq.
Bu barədə Manset.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonunun Hazırəhmədli, Bəşirli, Göynüyən və Qarasuçu kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Bundan başqa, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Bambaşı kəndinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.