Aprelin
29-da Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Konstitusiya qurucusu
və milli suverenliyin qarantı” adlı respublika tələbə-şagird elmi konfransı
keçirilib.
Manset.az xəbər verir ki, əvvəlcə tədbir
iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində Ulu öndər Heydər
Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
ADU-nun
Elmi işlər üzrə prorektoru, professor Həmidə Əliyeva ADU-nun rektoru, akademik
Kamal Abdullanın adından konfrans iştirakçılarını salamlayıb, uğurlar arzu
edib.
Həmidə
Əliyeva bildirib ki, konfransın ideya müəllifi olan akademik Kamal Abdulla
şagirdlərin universitet həyatına hazırlanmasına və elmi bacarıqlarının
artırılmasına böyük önəm verir. Konfrans həm də Azərbaycan təhsilini daha da
inkişaf etdirmək, gəncləri elmə istiqamətləndirmək baxımından mühüm əhəmiyyət kəsb
edir. Qeyd olunub ki, konfransa müxtəlif ali və orta məktəblərdən olan tələbələr
və şagirdlər böyük maraq göstərir.
Konfransa
ümumilikdə 900 tələbə və şagird tezislə müraciət edib. Bu fakt Azərbaycan gənclərinin
elmə və Ümummilli Liderimizin ideallarına olan marağının bariz nümunəsidir.
Novruz
Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev dəvətə
görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib, konfransla bağlı fikirlərini
bölüşüb.
Bildirilib
ki, Ulu öndər Heydər Əliyevə həsr olunan elmi konfrans şagirdlər üçün yeni elmi
biliklərin və təcrübələrin öyrənilməsi üçün olduqca vacib bir tədbirdir. Gələcəkdə
şagird və tələbələr tərəfindən elmi işlərin görülməsi, tədqiqat işlərinin
aparılması baxımından konfransın xidmətləri böyükdür.
Daha
sonra çıxış edənlər: ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin
birinci kurs tələbəsi Ümid Orucov, Filologiya fakültəsinin birinci kurs tələbəsi
Ülkər Əsgərova , Əlcəzairdən olan və ADU-nun Magistratura şöbəsində təhsil alan
Oussama Bendouda , İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 10-cu sinif
şagirdi Fəridə Süleymanzadə, Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbin
8-ci sinif şagirdi Toğrul Qarayev, Nərimanov rayonu Arif Vəliyev adına 258 nömrəli
tam orta məktəbin 7-ci sinif şagirdləri Nigar Anazarlı və Dəniz Hacılı
konfransla bağlı düşüncələrini bölüşüblər.
Konfrans
işini bölmə iclasları ilə davam etdirib. Konfransın gedişatında iştirakçılara tələbələrin
hazırladıqları bədii hissə təqdim olunub.
Bölmə
iclasları yekunlaşdıqdan sonra konfransın bağlanış mərasimi keçirilib. Bağlanış
mərasimində bölmə rəhbərlərinin çıxışları dinlənilib. Tələbə və şagirdlərin
tezisləri müzakirə olunub, elmi işlər haqqında məlumat verilib.
Qeyd
olunub ki, konfransda iştirak edən tələbə və şagirdlər öz elmi biliklərini və
bacarıqlarını yüksək səviyyədə nümayiş etdirməyi bacarıblar. Elmi rəhbərlər
çıxışlarında tələbə və şagirdlər üçün konfransın mühüm əhəmiyyət kəsb etdiyini
vurğulayıblar.
Bildirilib
ki, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr
olunmuş “Heydər Əliyev: Konstitusiya qurucusu və milli suverenliyin qarantı”
adlı respublika tələbə-şagird elmi konfransı tələbə və şagirdlərin elmi təcrübələrinin
artırılması üçün önəmli tarixi hadisə kimi yadda qalacaq.