Yuxunun gizli düşməni

17:55 - 29 Aprel 2025

Yuxunun gizli düşməni

Ekran işığı yuxu keyfiyyətini ciddi şəkildə poza bilər. 


Manset.az-ın məlumatına əsasən, uzman dr. Tarık Mecit bildirib ki, yatmazdan əvvəl telefon, kompüter ekranından istifadə yuxu keyfiyyətinə mənfi təsir göstərir.

Onun sözlərinə görə, ekranlardan yayılan işıq beyinə stimullaşdırıcı təsir edərək melatonin hormonunun ifrazını gecikdirir və yuxuya getmə prosesini çətinləşdirir.

Sağlam yuxunun təməlində beynin hipotalamus bölgəsində yerləşən bioloji saatın işıq-qaranlıq dövrünə uyğun işləməsi dayanır. Gün işığının azalması ilə bədəndə melatonin ifraz olunur və orqanizm yuxuya hazırlaşır. Lakin gecə saatlarında mobil telefon, planşet və televizor kimi cihazların istifadəsi bu prosesi pozur.

O vurğulayıb ki, keyfiyyətli yuxu təkcə yorğunluğu aradan qaldırmır, həmçinin immun sistemini gücləndirir, yaddaşı möhkəmləndirir və emosional tarazlığı qoruyur. Yuxu dövrləri 90 dəqiqəlik mərhələlərdən ibarətdir və həm yüngül, həm də dərin yuxu fazalarını əhatə edir. Bu fazaların pozulması insulin müqavimətinin artmasına, ürək-damar sağlamlığının zəifləməsinə və hətta neyrodegenerativ xəstəliklərin riskinin yüksəlməsinə səbəb ola bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv