Ötən gün məktəb, lisey və kollec müəllimləri,
eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə?
Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. 2020ci ildən həyata
keçirilən çempionat Kapital Bank-ın dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı
ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində təşkil edilib.
İki mərhələdən ibarət olan çempionatın ilk
seçim turu onlayn formatda baş tutub. Final mərhələdə isə Bakı, Gəncə,
Goranboy, Quba, Cəbrayıl, Samux, Şəmkir, Hacıqabul, Zəngilan, Ağdam, Sumqayıt,
Kəlbəcər, Gədəbəy, Xaçmaz, Biləsuvar, Saatlı, Xocavənd və Zərdab müəllimləri və
inzibati işçilərindən ibarət 32 komanda yarışıb.
4 turdan ibarət olan final mərhələsində
iştirakçılara ümumilikdə 40 sual təqdim edilib. İlk 20 sualda topladıqları ballara
əsasən komandalar böyük və kiçik olmaqla 2 kubok uğrunda mübarizə aparıblar.
Kiçik kubok uğrunda mübarizədə paytaxtı təmsil
edən “Sirius” komandası 3-cü, Şəmkir rayonunun “Bayraktar” komandası 2-ci, Gəncə
şəhərinin “Kayzen” komandası isə 1-ci yerə layiq görülüb.
Böyük kubok oyununun nəticələrinə əsasən
Hacıqabul rayonun təhsil işçilərindən ibarət “Xudmani” komandası 3-cü yerdə qərarlaşıb.
Beyləqan, Xocavənd, Füzuli rayonların təmsil edən “Mil” komandası 2-ci yerə
layiq görülüb. 1-ciliyi qazanan Goranboy rayonunun “The Masters” komandası isə
kubokun sahibi olub.
Qeyd edək ki, təhsilə dəstək Kapital Bank-ın
korporativ sosial məsuliyyət startegiyasının əsas istiqamətlərindən birini təşkil
edir və hər il onlarla ölkə əhəmiyyətli layihə bankın dəstəyi ilə həyata
keçirilir.
Ölkənin birinci
bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial
şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı
sifarişi üçün — https://kbl.az/prcrc.