Bank kartları yenə qarət olundu - 12 329 manat oğurlandı

10:44 - 29 Aprel 2025

Bank kartları yenə qarət olundu - 12 329 manat oğurlandı

Onlayn cinayətkarlıq üzrə rəqəmlər, zərərlər dəyişir. Dünən vətəndaşların 12329 manat pulu kiber üsulla oğurlanıb.

Manset.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovkik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, ötən gün oğurlanan ən yüksək məbləğ 3514, ən kiçik itki 83 manat təşkil edib.

"Sayıq olan, ehtiyatlı davranan yüzlərlə vətəndaş şübhəli bildiriş - zəng, mesajlardan imtina etdiyi üçün zərərə məruz qalmayıb. Ancaq 13 fakt üzrə — 3514, 1500, 1200, 1100, 1000, 930, 786, 743, 640, 393, 240, 200, 83 bank kartlarından pul vəsaitləri oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var!"


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv