Dünyanın bir çox yerində getdikcə geniş yayılan süni intellekt sağlamlıq, maliyyə, təhsil, avtomobil və logistika kimi müxtəlif sahələrdə təmin etdiyi faydalarla gündəlik həyatı çox asanlaşdırır. Bununla belə, mütəxəssislər istifadəçiləri prosesləri sürətləndirdiyi üçün tez-tez üstünlük verilən süni intellektin təhlükələri barədə xəbərdar edirlər.
Manset.az xəbər verir ki, milyonlarla insanın istifadə etdiyi "OpenAI" istifadəçilərinə yağdırdığı təriflərə görə son günlər tənqid hədəfinə çevrilib.
Sosial mediada yayılan bəzi iddialara görə, süni intellekt insanlara "yaltaqlanaraq", peşmançılıq kimi duyğuların təsirini minimuma endirərək onları cinayətə təşviq edir.
Psixoloqlar süni intellektin "dəstəkləyici" münasibətinin asılılıq yaratmaq istəyindən qaynaqlandığını və bunun düşünülmüş bir dizaynın nəticəsi olduğunu qeyd ediblər.
Mütəxəssislər həmçinin süni intellektin insanalarla emosional əlaqə saxlamasını və onlara həyat məşqçisi kimi yanaşmasına şərait yaradılmamasını məsləhət verirlər.
Yeganə