Mədə narahatlığı hər kəsin zaman-zaman qarşılaşa biləcəyi bir problemdir. Xoşbəxtlikdən, təbiətin təklif etdiyi möcüzəvi həllər sayəsində bu cür şikayətləri yüngülləşdirmək mümkündür. Mütəxəssislərin fikrincə, hətta sadəcə bir stəkan zəncəfil çayı mədənin sakitləşməsinə kömək edir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bitki çayları düzgün istehlak edildikdə çoxlu sağlamlıq faydaları təmin edir. Çünki onlar kofeinsizdirlər və həzm sistemini dəstəkləyirlər.
Mütəxəssislər bitki çaylarının gücünün ürəkbulanma kimi həzm problemləri üçün istifadə edilə biləcəyini bildirirlər. Mədə-bağırsaq sistemindəki pozğunluqların bir çox səbəbi var. Məsələn, qida həssaslığı, stres və narahatlıq kimi səbəbləri qeyd edə bilərik. Xüsusilə stress səbəbiylə həddindən artıq qida istehlakı ürəkbulanma, şişkinlik və qaz kimi narahatlığa səbəb ola bilər. Burada möcüzəvi bir bitki çayı - Zəncəfil çayı köməyə gələ bilər.
Zəncəfil çayı iltihabı azaltmaqla həzm sistemindəki narahatlığı aradan qaldırmağa kömək edir. Təzə zəncəfildən istifadə etməklə hazırlanan ev çayları, tərkibindəki daha yüksək zəncəfil tərkibi sayəsində daha təsirli nəticələr verir.
Yeganə