Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - İDDİA  

18:58 - 28 Aprel 2025

Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - İDDİA  

Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Səkinə Sadıxovanın öz bacısı Sədaqət Əfəndini Masazır Ailə Sağlamlıq Mərkəzinə baş həkim təyin etməsinə dair iddialar yayılıb. Qeyd edək ki, Sumqayıt tibb Mərkəzinin direktoru və TƏBİB rəhbərinin müşaviri işləmiş Səkinə Sadıxova bu sahədə tanınan personadır. Onun haqqında zaman-zaman müxtəlif xarakterli xəbərlər mediada dərc olunub. 


Manset.az xəbər verir ki, Konkret.az-a yayılan bu iddia ilə bağlı dəqiqləşdirmə aparmaq üçün Abşeron RMX-nın İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Gülnar Seyidova ilə əlaqə saxlayıb.

Bölmə müdiri sorğumuza cavab veriləcəyini bildirsə də, bu saatadək heç bir cavab verməyib. Öncə tədbirdə olduqlarını, işə qayıtdıqdan sonra cavab verəcəklərini vurğulayıb, ardınca isə telefon zənglərimizi açmayıb. Whatsap mesajlarımız da cavablandırılmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv