Aprelin 28-də Ədliyyə Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib
Manset.az Modern.az-a istinadən xəbər verir ki, iclasda öncə İctimai Şuranın fəaliyyət istiqamətləri müzakirə edilib.
Daha sonra şuraya sədr, sədr müavini və katib seçilib.
Səsvermə nəticəsində hüquq müdafiəçisi Çingiz Qənizadə İctimai Şuranın sədri, Əmir Əliyev sədr müavini, Mətanət Əsgərova isə katibi seçilib.