Yavaş yeməyin faydaları BUNLARDIR

14:17 - 28 Aprel 2025

Yavaş yeməyin faydaları BUNLARDIR

Yavaş yemək həzm, toxluq hissi, çəki nəzarəti və ümumi sağlamlıq baxımından müsbət təsir göstərir.


Manset.az-ın xarici KİV-dən əldə etdiyi məlumata əsasən, Braziliya Universitetində təhsil alan dietoloq Livia Haseqava yeməyi yavaş çeynəməyin onu kiçik parçalara ayırdığını və mədənin həzm etməsini asanlaşdırdığını deyir.

Tez yemək isə mədənin daha çox işləməsinə səbəb olur ki, bu da şişkinlik və həzm problemlərinə, həmçinin çəki artımına yol aça bilər. 

Nyu Yorkdakı Kornell Universitetinin mütəxəssisi Sander Kersten bildirir ki, sürətli yemək daha çox kalori alınmasına gətirib çıxarır. Çünki beynin toxluq haqqında siqnal göndərməsi üçün lazım olan vaxt olmur. Bu da nəticədə əlavə kalorilərin bədəndə yağ olaraq yığılmasına səbəb olur.

Bundan başqa, sürətli yemək uzunmüddətli dövrdə həzm problemlərinin pisləşməsinə, bağırsaq mikrobiotasının pozulmasına və metabolik xəstəliklərə yol aça bilər.

Yavaş yemək vərdişlərini inkişaf etdirmək üçün L.Haseqava yemək yeyərkən çəngəli və ya qaşığı yerə qoymağı, hər dişləmə arasında fasilə verməyi tövsiyə edir. Bu, yeməyin daha yaxşı çeynənməsini və daha az sürətlə yeyilməsini təmin edəcək.

Yemək zamanı diqqəti yayındıracaq şeylərdən (televizor və telefon) qaçmaq, yeməyin dadına diqqət yetirmək də bu prosesə kömək edər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv