Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə 500 ağac əkildi

18:03 - 26 Aprel 2025

Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə 500 ağac əkildi

Aprelin 26-da YAP Yasamal rayon təşkilatı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin andan olmasının 102-ci ildöünümü münasibətilə ağacəkmə aksiyası baş tutub.


Manset.az xəbər verir ki, ağacəkmə aksiyasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Orxan Məmmədov, Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov,  YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, partiya fəalları, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Dövlət Universitetinin könüllüləri iştirak edib.

Qeyd edək ki, Müşfiqabad qəsəbəsində 1 hektar ərazidə baş tutuan aksiyada ümumilikdə 500 ədəd şam və zeytun ağacı əkilib, ağaclara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir. 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv