Danimarka Xərçəng Araşdırmaları İnstitutunun alimləri havanın çirklənməsi və yollarda səs-küyün həm kişilərdə, həm də qadınlarda sonsuzluq riskinin artması ilə birbaşa əlaqəli olduğunu müəyyən ediblər. Araşdırmanın nəticələri "PubMed" portalında dərc olunub.
Manset.az xəbər verir ki, beş il ərzində tədqiqatçılar iştirakçıların nəqliyyat səs-küyünə və incə hissəcikli hava çirklənməsinə məruz qalma dərəcəsini təhlil ediblər.
Alimlər həmçinin qeyd ediblər ki, əldə edilən məlumatların əhəmiyyətinə baxmayaraq, tədqiqatın öz məhdudiyyətləri var. Tədqiqat hormonal dəyişikliklər və ya bədən kütləsi indeksi kimi bioloji parametrləri, çirkləndiricilərə məruz qalmanın sağlamlığa mənfi təsir göstərə biləcəyini insanların açıq havada keçirdikləri vaxtın miqdarını ilə ölçüblər.
Yeganə