Alimlər kofein istehlakı ilə Alzaymer xəstəliyinin inkişaf riski arasında maraqlı əlaqəni ortaya qoyan araşdırma aparıblar. Tədqiqat 70 yaşdan yuxarı, yüngül koqnitiv pozğunluğu və Alzaymer xəstəliyinin ilkin mərhələsində olan xəstələrə yönəldilib.
Manset.az xəbər verir ki, iştirakçılar istehlak etdikləri kofeinin miqdarına görə iki qrupa bölünüblər.
Məlumatların təhlili göstərib ki, daha az kofein qəbul edən insanların idrak və yaddaşın zəifləməsi riski daha yüksəkdir. Kofeinin potensial faydalarına baxmayaraq, ehtiyatla istehlak edilməli olduğunu vurğulamaq lazımdır. Mütəxəssislər kofeinin xüsusilə günortadan sonra istehlak edilməli olduğunu qeyd ediblər. Çünki həddindən artıq miqdarda kofein yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər, bu da öz növbəsində idrak sağlamlığını qorumaq üçün vacibdir.