Yumurtadan olan xolesterol bədən tərəfindən doymuş və trans yağlı qidalardan daha zəif əmilir. Bu barədə "Kvinslend" Universitetinin alimləri məlumat verib.
Manset.az xarici KİV-ə istinadən bildirir ki, yumurta orqan və toxumalar üçün ən yaxşı protein mənbəyidir.
Onların tərkibində həmçinin B vitaminləri, fol turşusu, doymamış yağ turşuları, yağda həll olunan vitaminlər və minerallar var.
Yumurtanın faydaları və zərərləri ilə bağlı müzakirələr onların tərkibindəki xolesterinin miqdarı və onun ürək-damar xəstəlikləri riskinə təsiri ilə bağlıdır. Elm adamları hesab edirlər ki, böyük bir yumurta sarısında təxminən 275 mq bu yağa bənzər maddə var.
Yeganə