Bu ədviyyat dərman təsirini azalda bilər

19:03 - 25 Aprel 2025

Bu ədviyyat dərman təsirini azalda bilər

Darçın təkcə dadı ilə deyil, həm də müalicəvi xüsusiyyətləri ilə tanınan ən qədim ədviyyatlardan biridir. ABŞ-ın Milli Təbii Məhsullar Araşdırma Mərkəzinin alimləri müəyyən ediblər ki, darçının aktiv komponenti dərmanların təsirinə mane ola bilər. Araşdırma "Food Chemistry" jurnalında dərc olunub. 


Manset.az-ın xəbərinə görə, tədqiqatçılar müəyyən ediblər ki, darçının tərkibindəki əsas birləşmə olan "sinnamaldehid" orqanizmdə dərmanların mübadiləsinə cavabdeh olan reseptorları aktivləşdirir.

Bu, o deməkdir ki, çox darçın istehlak etsəniz, qəbul etdiyiniz dərmanlar bədəninizdən daha tez xaric oluna və təsirini itirə bilər. Səhər qəhvənizə bir az darçın əlavə etmək böyük bir problem olmasa da, yüksək konsentrasiyalı əlavələr xüsusilə diabet və hipertoniyadan depressiyaya qədər xroniki xəstəlikləri olan insanlar üçün risk yarada bilər.  

Yeganə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv