Onlara yüksək vəzifə verildi 

17:11 - 25 Aprel 2025

Onlara yüksək vəzifə verildi 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq Əmrinə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub.


Manset.az xəbər verir ki, Xoşqədəm Xudiyeva Regional Kollecin direktoru vəzifəsinə təyin edilib.

X. Xudiyeva bu təyinatadək kollecdə direktor səlahiyyətlərini həvalə əsasında icra etməklə yanaşı, tədris işləri üzrə direktor müavini vəzifəsini də yerinə yetirirdi.

Tədris işləri üzrə direktor müavini vəzifəsinə isə Aslan Quliyev təyin olunub. O, kollecdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv