Aprelin
24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon
Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə
rəsmilər, mədəniyyət işçiləri, media nümayəndələri, Suraxanı rayon sakinləri və
digər qonaqlar iştirak ediblər.
Tədbirin
aparıcısı, jurnalist Günay Firudinqızı Xalq yazıçısı Kamal Abdullanın
yaradıcılığı haqqında danışıb. Söylənilib ki, xalq yazıçısı müasir Azərbaycan ədəbiyyatının
ən çox oxunan, tanınan və sevilən müəlliflərindən
biridir.
Çıxışçılar
Kamal Abdullanın zəngin elmi və ədəbi yaradıcılığından, onun yazıçı, publisist,
dilçi alim, ədəbiyyatşünas, tərcüməçi kimi fəaliyyətindən söz açıblar.
Qeyd
olunub ki, Kamal Abdullanın fəaliyyəti həm ölkəmizdə, həm də xaricdə yüksək
qiymətləndirilir, oxucular tərəfindən böyük maraqla qarşılanır. Müəllif həm ədəbiyyat,
həm də elm sahəsində ən yüksək mükafatlara layiq görülüb.
Daha
sonra Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında hazırlanan eyniadlı
tamaşadan fraqment təqdim edilib. Tamaşa həqiqətə çatmağa can atan insanın faciəli
aqibəti haqqındadır.
Kamal
Abdulla çıxışında elmi və ədəbi fəaliyyətinin əsas istiqamətlərindən danışıb,
müxtəlif janrlarda qələmə aldığı bədii əsərlər, onların yazılma səbəbləri
haqqında məlumat verib.
Görüş tədbir
iştirakçılarının sualları ətrafında müzakirələrlə davam edib.