Rəqəmsal texnologiyaların həyatın
ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə kiberdələduzluq da paralel olaraq sürətlə
artır. Kapital Bank kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində
mütəmadi olaraq həyata keçirdiyi monitorinqlərə əsaslanaraq istifadəçiləri diqqətli
olmağa çağırır. Belə ki, son araşdırmalar zamanı Birbank mobil tətbiqinin
istifadə olunduğu 12 000-dən çox virusa yoluxmuş cihaz müəyyən edilib və
qabaqlayıcı tədbirlər nəticəsində onların hamısı potensial risklərdən azad
edilib.
Qeyd edək ki, bank yalnız
hadisələrə reaksiya verməklə kifayətlənmir, eyni zamanda kiber dələduzluğun qarşısını
almaq üçün qabaqlayıcı tədbirlər tətbiq edir. Belə ki, Kapital Bank-ın təhlükəsizlik
infrastrukturunun əsasını süni intellekt əsaslı texnologiyalar təşkil edir. Bu
sistemlər vasitəsilə bank əməliyyatları 24/7 rejimində izlənilir, şübhəli fəaliyyətlər
müəyyən edildikdə dərhal müdaxilələr həyata keçirilir.
Bütün bunlara baxmayaraq kiberdələduzluqla mübarizədə banklar və
müştərilər birlikdə addımlamalıdırlar. Lisenziyasız, yəni pirat proqram
təminatlarından istifadə ciddi təhlükəsizlik riskləri yaradır. Bu cür
proqramlar vasitəsilə çox zaman cihazlara “backdoor” adlanan gizli və zərərli
kodlar əlavə oluna bilər. Bu “backdoor”lar kiber cinayətkarlara istifadəçinin
cihazına gizli şəkildə daxil olmaq imkanı verir. Nəticədə şəxsi məlumatların üçüncü
şəxslərin əlinə keçməsi real təhlükəyə çevrilir. Xüsusilə “Android”
istifadəçiləri üçün “Play Store”dən kənar yüklənən tətbiqlər, o cümlədən modifikasiya
olunmuş “WhatsApp Plus”, “Instagram Plus” və müxtəlif oyun proqramlarının “APK”
faylları ciddi təhlükə yaradır. Həmçinin, bank kartları ilə onlayn alış-veriş
edərkən ictimai Wi-Fi şəbəkələrindən istifadə etmək tövsiyə edilmir.
Bu səbəbdən Kapital Bank
olaraq bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını: kartın üzərindəki CVV/CVC kodu, sms vasitəsilə
göndərilən 4 rəqəmli OTP kodu, kartın PIN kodunu, şəxsiyyət vəsiqəsinin FİN
nömrəsini üçüncü şəxslərə verməməyi, banklar adına hazırlanan və göndərilən
qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA
Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54
şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az
saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.